Şahmatçımız Dünya kubokuna vəsiqə qazandı

İdman

12.04.2025 09:15

14

Yunanıstanda keçirilən qadınlar arasında şahmat üzrə Avropa çempionatı başa çatıb.   

TodayPress xəbər verir ki, Rodos turnirində Azərbaycan şahmatçıları arasında ən yaxşı nəticəyə Gülnar Məmmədova imza atıb. 

Sonuncu, 11-ci turda Gürcüstan şahmatçısı Anastasiya Kirtadzeyə qalib gələrək xal hesabını 7,5-ə yüksəldən şahmatçımız Avropa çempionatından Dünya kubokuna son vəsiqəni verən 10-cu yeri tutub.   

Avropa çempionu Ülviyyə Fətəliyeva 7 xalla 24-cü yerdə qərarlaşıb. Çempionatda uğurlu start götürən Gövhər Beydullayeva 6,5 xalla 28-ci olub.

Eyni xala malik Türkan Məmmədyarova isə qitə yarışını 40-ci pillədə bitirib. 

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 8 şahmatçı təmsil edib. 

Namiq HUN

tag: Şahmat,Gülnar Məmmədova,Turnir,Qələbə,Todaypress.az,