Şahmatçımız dünya çempionatında gümüş medal qazandı
Azərbaycan təmsilçisi Ayan Allahverdiyeva Monteneqroda
təşkil edilən 20 yaşlı şahmatçılar arasında təşkil olunan dünya çempionatında
gümüş medal qazanıb.
TodayPress xəbər verir ki, şahmatçımız XI turda
Özbəkistan təmsilçisi Afruza Xamdamovayla heç-heçə oynayıb. Bununla xalını 8-ə
çatdıran Ayan Allahverdiyeva dünya çempionatının gümüş medalına sahib çıxıb.
Qeyd edək ki, mundialda 50 ölkədən 200-dən çox
şahmatçı mübarizə aparıb.
tag: Azərbacan, Şahmat, Dünya Çempionatı, Gümüş, Medal, todaypress.az,