Şahmatçıların ABŞ mundialı start götürdü
İdman
27.12.2024 11:42
ABŞ-də şahmat üzrə dünya çempionatı keçirilir.
TodayPress xəbər verir ki, ümumi mükafat fondu 1 428 500 dollar təşkil edən Nyu-York mundialında Azərbaycanın 15 şahmatçısı mübarizə aparır.
İlk oyun günündə kişilərin turnirində Eltac Səfərli, Vasif Durarbəyli və Vüqar Manafov aktiv lərinə ilk qələbə xalını yazdırıblar.
Şəhriyar Məmmədyarov, Maqomed Muradlı, Aydın Süleymanlı və Vüqar Rəsulov heç-heçə oynayıblar, Read Səmədov isə məğlub olub.
Qadınların turnirində Gülnar Məmmədova, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva və Xanım Balacayeva mundialda qələbə qazanıblar.
Türkan Məmmədyarova və Gövhər Beydullayeva bərabərə qalıblar, Zeynəb Məmmədyarova isə məğlub olub.
Qeyd edək ki, dekabrın 26-28-də şahmatçılar rapid, 30-31-də isə blits yarışları keçirəcəklər.
Namiq HUN
tag: Şahmat, ABŞ, Eltac Səfərli, dünya , Çempionat, todaypress.az,