Şahmatçılarımızın Mişkolç uğuru
İdman
13.07.2024 21:51
Macarıstanda şahmat üzrə 5-ci
Avropa Universitet Oyunları keçirilib. Mişkolç turnirində Azərbaycanı İdman
Akademiyasının iki tələbəsi təmsil edib.
TodayPress xəbər
verir ki, heyəti Vüqar Manafovla Elmar Atakişiyevdən ibarət komandamız blits
yarışında gümüş medal qazanıb.
Xatırladaq ki, duetimiz daha əvvəl
rapid yarışlarında qızıl medala sahib çıxıb. Eyni zamanda şahmatçılarımız rapid
mübarizəsində lövhələr üzrə birinci yeri tutub.
Namiq HUN
tag: todaypress.az, Macarıstan, Vüqar Manafov, Elmar Atakişiyev, Şahmat,