Şahmatçılarımızdan Reykyavikdə uğurlu start
İslandiyanın paytaxtında keçirilən “Reykyavik Open” turnirində Azərbaycan şahmatçıları uğurlu start götürüblər.
TodayPress xəbər verir ki, yarışda ölkəmizi Eltac Səfərli və Məhəmməd Muradlı təmsil edirlər.
Hər iki şahmatçımız ilk turda qələbə qazanıb.
Səfərli qara fiqurlarla ingilis Tomas Villersi, Muradlı isə ağ fiqurlarla Hindistan qrossmeysteri Nilsu Pattnayakı mat edib.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən 9 turdan ibarət olacaq turnirdə 424 şahmatçı mükafatlar uğrunda mübarizə aparır.
Namiq HUN
tag: Azərbaycan,Şahmat,Reykavik,Uğur,Todaypress.az,