Şahmatçılarımızdan rapid turnirində uğurlu start
“Çempionların savaşı” turnirində Azərbaycan şahmatçıları Günay Məmmədzadə və Rauf Məmmədov ilk yarış gününü hesabda öndə bitiriblər.
TodayPress xəbər verir ki, yarışın qalibləri rapid və blits üzrə turnirlərin cəminə əsasən müəyyənləşəcək.
Rapiddə 3 tur arxada qalıb. Azərbaycan çempionu Rauf Məmmədov özbəkistanlı FIDE Dünya çempionu Rüstəm Kasımcanovla görüşdə 2:1 hesabı ilə önə keçib.
Qadınlar arasında ölkə çempionatının qalibi Günay Məmmədzadə isə bolqarıstanlı dünya və Avropa çempionu Antoaneta Stefanova ilə at oynadır.
Qrossmeysterimiz hesabda 2:1 üstünlüyə yiyələnib.
Qeyd edək ki, bu gün rapiddə daha 3 tur keçiriləcək. Aprelin 30-da isə çempionlar 10 turdan ibarət blits turnirin qalibinin adına aydınlıq gətirəcəklər.
Namiq HUN
tag: Azərbaycan,Şahmat,Uğur,Yarış,Todaypress.az,