Şahmatçılarımız rəqiblərini mat etdilər

İdman

13.07.2024 11:28

Macarıstanda şahmat üzrə 5-ci Avropa Universitet Oyunları keçirilir. 17 komandanın qatıldığı turnirdə Azərbaycanı İdman Akademiyasının iki tələbəsi təmsil edir. 

TodayPress xəbər verir ki, heyəti Vüqar Manafovla Elmar Atakişiyevdən ibarət komandamız rapid yarışlarında qələbə qazanıb. 9 turda toplanan 15 xal zəka sahiblərimizə 17 komanda arasında birinci olmağa bəs edib. 

Bu gün turnirdə şahmatın blits növü üzrə yarışlar keçiriləcək. 

Namiq HUN

tag: Macarıstan,Şahmat, Turnir, Vüqar Manafov, todaypress.az,