Şahmatçılarımız liderlər qrupunda yarışırlar

İdman

21.04.2025 09:17

5

Almaniyada beynəlxalq “Grenke Chess” şahmat festivalı davam edir.   

TodayPress xəbər verir ki, Karlsrue turnirinin 7 turundan sonra Azərbaycan qrossmeysteri Rauf Məmmədov 6 xalla liderlər qrupunda qərarlaşıb.   

O, 7 xalla “Grenke Chess Festival”ın lideri olan dünyanın 1 nömrəli şahmatçısı Maqnus Karlsen sonra ikinci yerdədir. 

Festival çərçivəsində keçirilən “Grenke Chess Open” turnirində çıxış edən Azərbaycanın digər təmsilçisi Məhəmməd Muradlı da inamlı oyun nümayiş etdirir.

Muradlı 6 xalla 7 turdan sonra 3-cü yerdədir.   

Namiq HUN

tag: Şahmat,Karlsrue,Turnir,Oyun,Todaypress.az,