Şahmatçılarımız Avropa çempionatında növbəti görüşə çıxır
Bu gün Rumıniyanın Eforie Nord şəhərində kişi şahmatçıların Avropa çempionatında IX turun oyunları keçiriləcək.
TodayPress xəbər verir ki, yarışda 13 azərbaycanlı qrossmeyster yüksək yerlər uğrunda mübarizəni davam etdirir.
Ardıcıl iki görüşdə qələbə qazanan Nicat Abasov Frederik Svenlə (Almaniya) qarşılaşacaq. 6 xal qazanan şahmatçımız liderlərdən yarım xal geri qalır.
5,5 xala malik Aydın Süleymanlı, Əhməd Əhmədzadə və Məhəmməd Muradlı da mövqelərini yaxşılaşdırmağa çalışacaqlar.
Doqquzuncu turun cütləri:
Frederik Sven (Almaniya) - Nicat Abasov
Əhməd Əhmədzadə - İvan Çeparinov (Bolqarıstan)
Momçil Petkov (Bolqarıstan) - Aydın Süleymanlı
Yan Subelj (Sloveniya) – Məhəmməd Muradlı
Riad Səmədov - Jonas Bjerre (Norveç)
Xaqan Əhməd - Denis Kadriç (Monteneqro)
Şiroğlan Talıbov - Luka Moroni (İtaliya)
Misraddin İsgəndərov - Georgios Mitsis (Yunanıstan)
Yaçim Nemeç (Çexiya) – Şahin Vəliyev
Ümid Aslanov - Sanjin Kulum (Bosniya)
Yanai Ben Ari (İsrail) - Süleyman Süleymanlı
Vüqar Manafov - Andrey Bonte (Rumıniya)
Elmar Atakişiyev - Yosif Çiosani (Rumıniya)
Səkkiz turdan sonra turnir cədvəli: 1. Baadur Cobava (Gürcüstan), 2. Daniil Yuffa (İspaniya), 3. Aryan Tari (Norveç) – hərəyə 6,5 xal… 19. Nicat Abasov – 6.
tag: Şahmat ,Çempionat,Rumıniya,Qrossmeyster,todaypress.az,