Şahmatçılardan Avropa çempionatında uğurlu start
Yunanıstanda qadın şahmatçılar arasında şəxsi Avropa çempionatı keçirilir.
TodayPress xəbər verir ki, Rodos turnirinin ilk turu Azərbaycan yığması üçün uğurlu olub.
Şahmatçılarımızdan 5-i qələbəni bayram edib.
Avropa çempionu Ülviyyə Fətəliyeva ilə yanaşı, Gövhər Beydullayeva, Ayan Allahverdiyeva, Türkan Məmmədyarova və Səbinə İbrahimova rəqiblərini mat ediblər.
Gülnar Məmmədova və Nərmin Abdinova ilk turda xal bölgüsünə razılaşıblar. Yeganə məğlubiyyət Lalə Hüseynovanın passivindədir.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçiriləcən yarış 11 turdan ibarətdir. Avropa çempionatında ilk 10 yeri tutacaq şahmatçılar Dünya Kubokuna vəsiqə qazanacaq.
Namiq HUN
tag: Azərbaycan,ŞAhmat,Çempionat,Uğur,Qələbə,Todaypress.az,