Şahmatçılar Şuşada bir araya gəldilər
Şuşada X Vüqar Həşimov Memorialına start verilib.
TodayPress xəbər verir ki, 8 şahmatçı yubiley turnirinin qalibini müəyyən edəcək.
Memorialda Yan Nepomnyaşi, Vladislav Artemyev (hər ikisi Rusiya), Riçard Rapport (Macarıstan), Aravind Çatambaram (Hindistan), Nodibrek Abdusattorov (Özbəkistan), Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlı (hər üçü Azərbaycan) təmsil edirlər.
Yubiley turnirinin ilk iki gündə rapid, sonra isə blits turu keçiriləcək.
Namiq HUN
tag: Şuşa ,Vüqar Həşimov ,Memorial , Yan Nepomnyaşi, Vladislav Artemyev ,todaypress.az,