Şahmatçı mobil telefonun qurbanı oldu

İdman

15.10.2024 09:47

Rumıniyanı təmsil edən ukraynalı şahmatçı Kirill Şevçenko İspaniyada keçirilən yarış zamanı telefondan istifadə etdiyinə görə çempionatdan kənarlaşdırılıb.

TodayPress “Chess.com”a istinadən xəbər verir ki, şahmatçının görüş zamanı tez-tez tualetə getməsi yarış iştirakçılarında və təşkilatçılarda şübhə yaradıb. 

Daha sonra tualetdə aşkarlanan telefonun Şevçenkoya məxsus olduğu bildirilib.

22 yaşlı qrossmeyster mobil telefondan istifadə etdiyindən turnirdəki bütün nəticələri ləğv edilib. 

Kirill Şevçenko isə ona ünvanlanan bütün ittihamları rədd edib.

Namiq HUN

tag: Şahmat ,Rumıniya , Kirill Şevçenko ,İspaniya ,todaypress.az,