Şahmat üzrə təmsilçimiz lider mövqeyində qərarlaşdı
Almaniyada keçirilən şahmat üzrə "Grenke Chess Festival"ında V tur geridə qalıb.
TodayPress xəbər verir ki, Azərbaycanlı qrossmeyster Rauf Məmmədov 4 xalla 12-ci pillədə qərarlaşıb.
Ölkəmizin digər təmsilçiləri Şəhriyar Məmmədyarov 3-cü, Faiq Əsgərov isə 4-cü turdan sonra yarışdakı çıxışlarını başa vurublar. "Grenke Chess Festival"ına maksimum nəticə ilə dünyanın 1 nömrəli şahmatçısı Maqnus Karlsen başçılıq edir.
"Grenke Chess Open" turnirində çıxış edən Məhəmməd Muradlı uğurlu çıxışı ilə fərqlənir. O, keçirdiyi bütün partiyaları qələbə ilə başa vuraraq, 1-ci pillədə qərarlaşıb. Son iki turda cəmi yarımxal toplayan Eltac Səfərli liderlər qrupundan uzaq düşüb. Təmsilçimiz 124-cüdür.
tag: Almaniya,Şahmat,Grenke Chess Festival,Rauf Məmmədov,todaypress.az,