Şahmat üzrə “Çempionların savaşı” başa çatdı

İdman

30.04.2025 19:30

11

Bakıda keçirilən şahmat üzrə “Çempionların savaşı” turniri başa çatıb.

TodayPress xəbər verir ki, rapid və blits oyunlarınıb nəticəsinə əsasən Azərbaycan çempionu Rauf Məmmədov FIDE Dünya çempionu Rüstəm Kasımcanovu (Özbəkistan) 12:10 hesabı ilə üstələyib.

Qadınlar arasında ölkə çempionatının qalibi Günay Məmmədzadə dünya və Avropa çempionu Antoaneta Stefanovaya (Bolqarıstan) eyni hesabla qalib gəlib.

tag: Çempionların savaşı,Turnir,Rapid,Blits,FIDE ,todaypress.az,