Şahmat üzrə Azərbaycan çempionatında həlledici gün
Bu gün şahmat üzrə Azərbaycan çempionatında final mərhələsinin ikinci oyunları keçiriləcək.
TodayPress xəbər verir ki, Şəhriyar Məmmədyarov həlledici raundda Rauf Məmmədovla üz-üzə gələcək.
Qrossmeysterlər arasında baş tutan ilk görüş heç-heçə yekunlaşıb 0,5:0,5.
Qadınlarda finalda Gövhər Beydullayeva ilə Günay Məmmədzadə münasibətlərinə aydınlıq gətirəcəklər. İlk dueldə Gövhər Beydullayeva qalib gəlib.
Üçüncü yer uğrunda görüşdə Ülviyyə Fətəliyeva ilk görüşdə Gülnar Məmmədovanı məğlub edib.
Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.
Namiq HUN
tag: Şahmat,Azərbaycan,Görüş,Çempionat,Todaypress.az,