Şahmat tacının ən gənc sahibi
İdman
12.12.2024 18:49
18 yaşlı hindistanlı qrossmeyster Qukeş Dommaracu şahmat üzrə dünya çempionu olub.
TodayPress xəbər verir ki, o, şahmat tacı uğrunda mübarizədə 17-ci dünya çempionu çinli Dinq Lirenə 7,5:6,5 hesabı ilə qalib gəlib.
Sinqapurda keçirilən qarşılaşmanın həlledici görüşündə hindistanlı qara fiqurlarla oynayıb və 58-ci gedişdə qalib gəlib. O, şahmat tarixinə ən gənc dünya çempionu kimi düşüb.
Qeyd edək ki, Qukeş Dommaracu Vişvanatan Ananddan sonra şahmat üzrə ikinci hindistanlı dünya çempionudur.
Namiq HUN
tag: Şahmat ,Tac, Hindistan, Mübarizə, todaypress.az,