Şahmat Olimpiadası: Millimizdən ilk xal itkisi
İdman
16.09.2024 09:03
Macarıstanda Ümumdünya Şahmat Olimpiadası davam edir.
TodayPress xəbər verir ki, Budapeşt turnirinin V turu Azərbaycanın kişilərdən ibarət yığma komandası xal itirib.
Milimiz ardıcıl qazanılan dörd qələbədən sonra Olimpiadanın favoriti olan Hindistan komandasına uduzub. Nicat Abasovla Şəhriyar Məmmədyarovun heç-heçə etdiyi turda, Aydın Süleymanlı ilə Rauf Məmmədov məğlubiyyətlə barışıblar.
V turdan sona millimizin hesabında 8 xal var.
Qadınlardan ibarət yığma komandamız isə Ukrayna ilə heç-heçəyə razılaşıb. Aktivində 3 qələbəsi və 2 heç-heçəsi olan komandamız 8 xal toplayıb.
Namiq HUN
tag: Şahmat, Budapeşt, Nicat Abbasov ,Şəhriyar Məmmədyarov ,Rauf Məmmədov ,todaypress.az,