Şahmat millimiz İtaliyaya yollandı

İdman

14.11.2024 16:40

İtaliyanın Montesilvano şəhərində şahmat üzrə kadetlər arasında dünya birinciliyi keçiriləcək. 

TodayPress xəbər verir ki, 80 ölkədən olan 4000-dən çox qız və oğlanların yarışında Azərbaycanı 10 şahmatçısı təmsil edəcək.

Noyabrın 15-də start götürəcək mundialda ölkəmizi Mətin Bəkirli, Yasin Əzimov, Məhəmməd Kazımzadə, Əhməd Hüseynov, Yaşar Şirinov, Sabirə Muradlı, Mehriban Əhmədli, Nurgün Fəxrətzadə, Zəhra Allahverdi və Sadəgül Əfəndi təmsil edəcək.

Dünya birinciliyinə noyabrın 26-da yekun vurulacaq.

Namiq HUN

tag: Şahmat, İtaliya, Azərbaycan, Dünya, Birincilik, todaypress.az,