Şahinin sürpriz qərarını Ançelotti cavabsız qoymadı
İdman
22.10.2024 09:44
“Borussiya Dortmund” klubunun baş məşqçisi Nuri Şahin UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Real Madrid”lə keçiriləcək qarşılaşma öncəsi gözlənilməz qərar qəbul edib.
TodayPress “Bild” nəşrinə istinadən xəbər verir ki, gənc məşqçi taktiki planlarının aşkarlanmaması üçün komandasının “Santyaqo Bernabeu”da məşq etməsinə icazə verməyib.
Dortmund təmsilçisi son məşqi Almaniyada keçirərək İspaniyaya yola düşüb.
“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti mətbuat konfrasında Almaniya klubunun belə addım atmasına açıqlama verib.
“Dortmund haqqında hər şeyi bilirik. Onları izləməyə ehtiyacımız yoxdur” italiyalı mütəxəssis deyib.
Qeyd edək ki, “Real Madrid” bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin III turu çərçivəsində “Santyaqo Bernabeu”da “Borussiya Dortmund”la qarşılaşacaq.
Namiq HUN
tag: Borrusiya, Dortmund, Nuru Şahin, UEFA, Liqa, todaypress.az,