Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kuboku start götürdü
İdman
10.01.2025 12:24
“Şahdağ” Turizm Kompleksində Xizək Alpinizmi üzrə Dünya Kuboku start götürüb.
TodayPress xəbər verir ki, ilk yarış günündə idmançılar sprint növü üzrə qalibi müəyyən edəcəklər.
Azərbaycanı turnirdə Nəzrin Qəribova və Seyid Sədrəddinov təmsil edir.
Dünya Kubokunda Fərdi Neytral İdmançılar (AİN) olmaqla, 26 ölkədən 130-a yaxın idmançı qüvvəsini sınayır.
Atletlər yanvarın 11-də vertikal, 13-də isə individual növlər üzrə yarışacaqlar.
Qeyd edək ki, Dünya Kuboku 2026-cı ildə keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün kvalifikasiya yarışlarından biri hesab edilir.
Namiq HUN
tag: Şahdağ ,Turizm ,Xizək ,Start ,todaypress.az,