“Şah” qüvvəsini superturnirdə sınayacaq

İdman

05.06.2024 15:49

İyunun 6-da Özbəkistanın paytaxtı Daşkənddə şahmat üzrə superturnir keçiriləcək. 

TodayPress xəbər verir ki, zəka sahibləri reytinqə əsasən üç müxtəlif turnirdə yarışacaq. 

Ən yüksək reytinqlilərin çıxış etdiyi “Masters” turnirində Nodirbek Abdusattorov (Özbəkistan), Parham Maqsudlu (İran), Aleksandr Qrişuk (FIDE), Yangyi Yu (Çin), Vidit Santoş Gucrati (Hindistan), Rixard Raport (Rumıniya), Aleksey Sarana (Serbiya) iştirak edəcək. Superturnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edəcək.

Şahmatçılardan Aydın Süleymanlı və Vüqar Rəsulov müvafiq olaraq “Challengers” və “Futures” qruplarında mübarizə aparacaqlar. 

Daşkənd turnirinin qalib və mükafatçıları iyunun 14-də məlum olacaq.

Namiq HUN

tag: Şah, Özbəkistan, Masters, Aleksandr Qrişuk, Yangyi Yu, todaypress.az,