Safonov PSJ-nin matçın ən pis oyunçusu seçildi

İdman

20.04.2025 13:30

7

PSJ-nin rusiyalı qapıçısı Matvey Safonov Liqa 1-in 30-cu turunun "Havr"la oyununda (2:1) ən pis oyunçu seçilib. 

TodayPress xəbər verir ki, bu barədə "Who Scored" statistik portalı məlumat yayıb.

Safonov görüşün sonunda ən pis balı toplayıb - 5,98. Eyni qiymət “Havr”ın müdafiəçisi Etyen Huta-Kvenkuetə də verilib.

Xatırladaq ki, 26 yaşlı Safonov 2024-cü ilin iyununda 20 milyon avroya Krasnodardan PSJ-yə keçib. Müqavilə 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

Töhfə Səməd 

tag: PSJ, Matvey Safonov ,Havr,Etyen Huta-Kvenkuet,todaypress.az,