Safonov Fransa çempionatında debüt edəcək

İdman

21.09.2024 13:35

Donnarumma zədəli olduğundan rusiyalı qolkiper Matvey Safonov Liqa 1-də "Pari Sen-Jermen"də oynaya bilər.

TodayPress xəbər verir ki, PSJ klubunun 25 yaşlı italiyalı qapıçısı Canluici Donnarumma zədəsini sağaltmaqda davam edir. 

Bu barədə Fransa klubunun rəsmi saytı Liqa 1-in 5-ci turunun “Reyms”lə səfər matçı ərəfəsində məlumat yayıb. 

Beləliklə, daha əvvəl “Jirona” ilə parislilərin heyətində debüt edən və qol buraxmayan, bir qurtarış edən 25 yaşlı rusiyalı qapıçı Matvey Safonov böyük ehtimalla “Reyms”lə matçda komandasının qapısını qoruyacaq. 

Qeyd edək ki, parislilərin və İtaliya millisinin qapıçısı sağ budunun əzələsini zədələdiyindən Çempionlar Liqasının 1-ci turunun “Jirona” (1:0) ilə ev matçını buraxıb.

Namiq HUN

tag: PSJ, Fransa, Jirona ,Reyms ,Matvey Safonov ,Pari Sen-Jermen ,todaypress.az,