Sabiq qapıçı vəfat etdi

İdman

08.04.2025 21:00

20

Braziliya millisinin sabiq qapıçısı Haylton Korrea 87 yaşında vəfat edib.

TodayPress xəbər verir ki, bu barədə Braziliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

"Manqa" kimi tanınan qolkiper karyerası ərzində daha çox "Botafoqo" və "İnternasional" klublarındakı çıxışı ilə populyarlaşıb. O, 1965-1967-ci illərdə Braziliya millisinin heyətində 12 matça çıxıb.

tag: Sabiq, Qapıçı, Futbol,Botafoqo,İnternasional, todaypress.az,