Sabiq futbolçuya təcavüz edildi

İdman

09.04.2025 12:40

6

İngiltərənin “Vest Hem”, “Arsenal”, “Liverpul” və “Çelsi” klublarında top qovmuş israilli futbolçu Yossi Benayunun evinə əl qumbarası atılıb.   

TodayPress “The Sun”a istinadən xəbər verir ki, hadisə ilə bağlı araşdırmaya başlanılıb. 

Təhlükəsizlik qüvvələri hadisənin İsrail-Qəzza müharibəsi ilə əlaqəsi olmadığını bildirib.

Əl qumbarası evə motosikletçi tərəfindən atılıb.  Yossi Benayun baş verənlərə münasibət bildirib: 

“Əvvəlcə qaz balonunun partladığını düşündüm və yanğınsöndürənləri çağırdıq. Amma polislər evə gələrək qumbaranın qalıqlarını tapdıqda, əslində nə baş verdiyini anladıq”. 

Qeyd edək ki, Yossi Benayun “Liverpul”dakı uğurlu çıxışı ilə azarkeşlərin rəğbətini qazanıb. 

 Namiq HUN

tag: Liverpul,Yossi Benay,Futbolçu,Qumbara,Todaypress.az,