Sabiq futbolçu şərti azadlığa buraxıldı
“Qalatasaray” klubunun sabiq futbolçusu Ümit Karan şərti azadlığa buraxılıb.
TodayPress xəbər verir ki, bununla bağlı insayder Yağız Sabuncuoğlu paylaşım edib.
Karan “təqib səviyyəsində sadə cinsi təcavüz”də ittiham olunur.
Məhkəmə Ümit Karana 1 il 8 ay müddətinə həbs cəzasının verilməsini qərara alıb.
Xatırladaq ki, 48 yaşlı Ümit Karan 2001-2009-cu illərdə “Qalatasaray” klubunun formasını geyinib.
Namiq HUN
***
16:21
“Qalatasaray” klubunun sabiq futbolçusu Ümit Karana 1 il 8 ay müddətinə həbs cəzası verilib.
TodayPress “Sabah” nəşrinə istinadən xəbər verir ki, keçmiş hücumçu “təqib səviyyəsində sadə cinsi təcavüz”də ittiham olunur.
Karan məhkəmədən sonra həbsxanaya göndərilib.
Xatırladaq ki, 48 yaşlı Ümit Karan 2001-2009-cu illərdə “Qalatasaray” klubunun formasını geyinib.
Namiq HUN
tag: Qalatasaray,Ümit Karan,Həbs,Məhkəmə,Todaypress.az,