Sabiq “Fənərbağça”lılar ilk dəfə rəqib oldular

İdman

09.11.2024 16:40

Türkiyə Super Liqasının XII turunda sabiq “Fənərbağça”lılar üz-üzə olublar. 

TodayPress xəbər verir ki, turun ilk matçında “Antalyaspor” “Bodrumspor”u qəbul edib.

İllər öncə uzun müddət “Fənərbağça”da futbolçu olaraq forma geyinən Aleks de Souza ilk dəfə sabiq komanda yoldaşı, “Bodrumspor”un baş məşqçisi Volkan Demirellə rəqib olaraq üz-üzə gəlib.

Qeyd edək ki, “Fənərbağça” klubunun əfsanə adları 2004-2012-ci illərdə birlikdə çıxış ediblər.


Namiq HUN

tag: Antalyaspor, Bodrumspor, Aleks de Souza,Volkan Demirel, Futbol, İdman, todaypress.az,