Sabiq çempionun döyüşü ləğv olundu
İdman
14.06.2024 14:30
Mütləq Döyüş
Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqorun Maykl
Çendlerlə döyüşü ləğv olunub.
TodayPress xəbər
verir ki, buna irlandiyalı döyüşçünün zədələnməsi səbəb olub.
Döyüş iyunun
29-da “UFC 303” turniri çərçivəsində keçirilməli idi. Makqreqor oktaqona çıxa
bilmədiyindən bu baş tutmayacaq.
Qeyd edək ki,
Konor Makqreqor son görüşünü 2021-ci ildə
amerikalı Dastin Poryeyə qarşı keçirib.
Namiq HUN
tag: UFC,Konor Makqreqor,Mütləq Döyüş Çempionatı,Maykl Çendler, todaypress.az,