Sabiq "Borussiya"lı karyerasını başa vurdu

İdman

01.01.2025 10:50

Dortmund “Borussiya”sının sabiq futbolçusu Lukas Barrios karyerasını bitirib.

TodayPress xəbər verir ki, bu barədə 40 yaşlı hücumçu özü açıqlama verib.

Son klubu Paraqvayda “Lukeno” olan forvard daha əvvəl Meksikada “Atlas”, Çilidə “Kolo-Kolo”, Rusiyada “Spartak”, Fransada “Monpelye”, Almaniyada “Borussiya” kimi komandaların formasını geyinib.

Lukas Paraqvay yığmasında 36 oyunda 10 qol vurub.

tag: Dortmund ,Borussiya,Sabiq,Futbol, Lukas Barrios,todaypress.az,