“Sabah”ın rəqbiləri “kor püşk”lə müəyyən olundu

İdman

26.06.2024 15:33

Kişi basketbolçulardan ibarət "Sabah" klubunun Çempionlar Liqasındakı rəqibləri məlum olub.

TodayPress xəbər verir ki, Azərbaycan çempionunun təsnifat mərhələsində qarşılaşacağı komandalar İsveçrədə keçirilən püşkatma mərasimində məlum olub. 

“Sabah” təsnifat mərhələsinin birinci raundunda İsveçin "Norrçepinq Dolfins" klubu ilə qarşılaşacaq. Cütün qalibi "Friburq Olimpik"lə (İsveçrə) yarışacaq. Təsnifat mərhələsinin görüşləri sentyabrın 15-22-də təşkil olunacaq.

Rimas Kurtinaytisin komandası mərhələ adlasa, müntəzəm mövsümün G qrupunda yarışacaq. Bu mərhələdə “Sabah” "Baxi Manresa" (İspaniya), "Bertam" (İtaliya) və "Niners Hemnits"lə (Almaniya) qarşılaşacaq. 

Qeyd edək ki, Bakı klubu təsnifat mərhələsini keçə bilməsə, yoluna Avropa kubokunda davam edəcək.

Namiq HUN

tag: Kor Püşk, Klub, Çempionlar, Rimas Kurtinaytisin, Təsnifat, todaypress.az,