"Sabah"ın qrup mərhələsindəki ilk rəqibi məlum oldu
İdman
20.09.2024 09:47
“Sabah” basketbol klubunun FIBA Avropa Kubokunun qrup mərhələsindəki ilk rəqibi müəyyənləşib.
TodayPress xəbər verir ki, təmsilçimiz Çempionlar Liqasının təsnifat mərhələsində məğlub olduğu İsveçin "Norrçepinq Dolfins" komandası ilə qarşılaşacaq.
“Sabah”ın növbəti iki rəqibi daha sonra məlum olacaq.
Qeyd edək ki, qrup mərhələsinin oyunları oktyabrın 9-da start götürəcək. “Sabah” ilk matçını səfərdə oynayacaq.
Namiq HUN
tag: Sabah,Basketbol,FIBA,Avropa Kuboku,Çempionlar Liqası,İsveç,Norrçepinq Dolfins,todaypress.az,