“Sabah”ın məşqçisi diskvalifikasiya edildi

İdman

03.04.2025 13:43

2368

“Sabah”ın məşqçisi Aleksey Antonyuk cəzalanıb.   

TodayPress xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsi qərar verib. 

Mütəxəssis Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Neftçi” ilə matçındakı hərəkətlərinə görə cəza alıb.

O, görüşün 90+3-cü dəqiqəsində hakimləri təhqir etdiyi üçün 3-ü şərti olmaqla 5 oyun cəzalanıb. 

Aleksey Antonyuka sınaq müddəti 3 ay təyin edilib. “Sabah” klubu 4000 manat cərimələnib. 

 Namiq HUN

tag: SABAH,Məşqçi,Aleksey Antonyuk,Cəza,Todaypress.az,