"Sabah"ın hücumçusu oyuna çıxmayacaq
"Sabah"ın hücumçusu Coy-Lens Mikelsin bu gün Misli Premyer Liqasının XXIX turunda "Kəpəz"a qarşı keçiriləcək matçda meydana çıxmayacağı dəqiqləşib.
TodayPress xəbər verir ki, bu barədə komandanın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bildirib.
30 yaşlı forvardın ümumi durumuna Maqnit Rezonans Tomoqrafiyası (MRT) müayinəsindən sonra aydınlıq gələcək.
Qeyd edək ki, Coy-Lens Mikels Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Neftçi"yə qarşı ilk oyununda ayağından zədə alıb.
tag: Sabah,Kəpəz,Futbol,İdman,todaypress.az,