“Sabah”ın basketbolçusu turun rekordçusu oldu

İdman

24.10.2024 17:15

FIBA Avropa kubokunda həftənin ən yaxşıları açıqlanıb.

TodayPress xəbər verir ki, turun ən yaxşıları arasına Azərbaycan çempionunun legioneri Klavs Kavars da adını yazdırmağı bacarıb. 

Basketbolçumuz ribaund sayında fərqlənib.

İsveç “Nörçöppinq”i ilə oyunda 14 ribaund edən Kavars turun şərikli rekordçusu olub. “Petrolina” komandasının oyunçusu Cesse Hant da eyni göstərici ilə yadda qalıb.

Qeyd edək ki, “Sabah” FIBA Avropa kubokunun III turunda “Nörçöppinq”ə 70:74 hesabı ilə uduzub.

Namiq HUN

tag: Sabah, FIBA, Avropa, İsveç,Nörçöppinq, todaypress.az,