“Sabah”ın Avropa Kubokunda üçüncü sınağı

İdman

23.10.2024 12:03

Kişi basketbolçulardan ibarət “Sabah” klubu bu gün FIBA Avropa Kubokunda növbəti matçına çıxacaq.

TodayPress xəbər verir ki, Azərbaycan çempionu İsveç “Nörçöppinq”ini qəbul edəcək.

Paytaxt təmsilçisi qrupda ilk qələbəsini qazanmağa iddialıdır. Qarşılaşma həm də Rimas Kurtinaytisin komandası üçün revanş xarakteri daşıyacaq. 

Təmsilçimiz Çempionlar Liqasının təsnifat mərhələsində isveçlilərə 71:75 hesabı ilə məğlub olub.

Xatırladaq ki, "Sabah" ilk 2 turda "Spirou" və “Marussi” klublarına uduzub.

Namiq HUN

tag: Basketbol, Liqa, Marussi, Spirou, Sabah, todaypress.az,