“Sabah”ın avrokuboklarda "Marussi" sınağı
İdman
16.10.2024 10:55
Kişi basketbolçulardan ibarət “Sabah” klubu bu gün FIBA Avropa Kubokunda növbəti matçına çıxacaq.
TodayPress xəbər verir ki, G qrupunda yer alan komandamız II turda Yunanıstan təmsilçisi “Marussi” ilə qarşılaşacaq.
Bakı İdman Sarayında keçiriləcək görüşü Rumıniya və Gürcüstandan olan hakimlər idarə edəcəklər.
“Sabah” – “Marussi” matçı saat 19:00-da başlayacaq.
Qeyd edək ki, Rimas Kurtinaytisin rəhbərlik etdiyi kollektiv ilk turda səfərdə Belçikanın “Spiru” komandasına 81:82 hesabı ilə məğlub olub.
Namiq HUN
tag: Basketbol, Sabah, FIBA ,Avropa Kuboku ,Marussi ,todaypress.az,