“Sabah”ın avrokubok oyunlarının hakimləri açıqlandı

İdman

18.10.2024 09:16

UEFA Gənclər Liqasında mübarizə aparacaq “Sabah” klubunun Çempionlar yolunun II mərhələsindəki oyunlarının təyinatları açıqlanıb.

TodayPress xəbər verir ki, Azərbaycan çempionunun “Bazel”lə İsveçrədəki ilk görüşünə xorvatiyalı, Bakıdakı cavab matçına isə qazaxıstanlı hakimlər təyinat alıb.

Oktyabrın 23-də keçiriləcək matçda Patrik Kolariç fit sahibi olacaq. Ona Luka Pajiç və İvan Starçeviç kömək edəcəklər. 

Noyabrın 6-da keçiriləcək cavab oyununda isə Rustam Omarov baş hakim olacaq. Ona Aleksey Dolqix və Dmitri Beloqradov kömək edəcəklər. 

Qeyd edək ki, Bazeldəki “Sent Yakobs Park” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 

Namiq HUN

tag: Azərbaycan, Patrik Kolariç, Luka Pajiç, İvan Starçeviç,Stadion, todaypress.az,