“Sabah”ı mütləq rekorddan bir heç-heçə ayırır

İdman

17.03.2025 11:42

1496

“Sabah” klubu Premyer Liqanın 2024/25 mövsümündə 14-cü heç-heçəsini edib.   

TodayPress xəbər verir ki, göstərici XXVII turun “Zirə” (1:1) ilə görüşünə təsadüf edib. 

Paytaxt təmsilçisi ölkə çempionatları tarixinin rekordunu təkrarlamaqla bir mövsümdə ən çox heç-heçə edən komanda adına şərik çıxıb. 

“Sabaha”a qədər üç klub 14 sülhə imza atıb.   

2009/10 mövsümündə “Neftçi”, 3 il sonra “Bakı” 32 turluq çempionatda 14 dəfə rəqibləri ilə bərabərə qalıb.

28 turdan ibarət 2020/21 mövsümündə isə “Zirə” 14 heç-heçə edib. 

“Sabah” mövsümün sonuna qədər qalan 9 turda daha bir heç-heçə ilə  mütləq rekordun müəllifi ola bilər.   

Namiq HUN

tag: Azərbaycan,Sabah,Futbol,Klub,Todaypress.az,