“Sabah”dan uğursuz start

İdman

10.10.2024 10:13

2128

“Sabah” basketbol klubu Avropa kuboku turnirində mübarizəyə başlayıb.

TodayPress xəbər verir ki, Azərbaycan çempionu qrup mərhələsindəki ilk matçında Belçikanın “Spirou” klubu ilə qarşılaşıb. 

Bakı klubunun oyuna yaxşı başlamasına rəğmən meydan sahibləri böyük fasiləyə hesabda üstün yollanıblar 49:42. Son periodda “Sabah” hesabda önə keçsə də, üstünlüyünü qoruya bilməyib. “Şarlerua Doum” qarşılaşmasını “Spirou” 1 xal fərqi ilə qazanıb 82:81 (24:26, 25:16, 18:20, 15:19).

Namiq HUN

tag: Sabah ,Basketbol ,Azərbaycan, Çempion ,Şarlerua Doum ,todaypress.az,