"Sabah"dan ardıcıl ikinci çempionluq

İdman

25.05.2024 00:35

"Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) final seriyasının 4-cü oyunu keçirilib.

TodayPress xəbər verir ki, "Sabah" və "Xəzri" komandaları arasında final seriyasının 4-cü oyunu bərabər mübarizə şəraitində başlayıb. Oyunun sonlarında üstünlüyü ələ keçirən "Sabah", yekunda 74-69 hesablı qələbə qazanıb. Bu qələbə ilə final seriyasında ümumi hesabı 3-1 edən "Sabah", ardıcıl ikinci dəfə Azərbaycan Basketbol Liqasınən çempionu olub. Final seriyasının ən dəyərli oyunçusu (MVP) "Sabah" klubundan Şirzad Sirzadov seçilib.

tag: basketball, sabah, todaypress.az,