“Sabah”da nə baş verir?
İdman
06.01.2025 18:10
“Sabah”ın məşqçilər korpusunda ayrılıq yaşanıb. Baş məşqçi Vasili Berezutskinin köməkçisi kimi çalışan Rəşad Eyyubov bundan sonra milli komandada işləyəcək.
TodayPress xəbər verir ki, o, AFFA-dan təklif alıb.
Eyyubov bundan sonra millidə Fernando Santuşa kömək edəcək.
Portuqaliyalı mütəxəssis aylardı boş qalan yerli mütəxəssis postunu onunla dolduracaq.
AFFA İcraiyyə Komitəsinin iclasında təqdimat öz təsdiqini tapacaq.
Namiq HUN
tag: AFFA, Sabah ,Məşqçi ,Vasili ,todaypress.az,