"Sabah" - "Zirə" oyununda qalib müəyyənləşmədi
Futbol üzrə Misli Premyer Liqasının XXVII
turunun "Sabah" - "Zirə" oyununda qalib müəyyənləşməyib.
TodayPress-in məlumatına görə, "Bank Respublika
Arena"da keçirilən oyunda tərəflər hərəyə 1 dəfə fərqləniblər.
Meydan sahiblərinin heyətində 34-cü dəqiqədə Cesse
Sekidika hesabı açıb. Bərabərlik qolunu isə 63-cü dəqiqədə David Volkov vurub.
Turnir cədvəlində "Zirə" 52 xalla ikinci,
"Sabah" isə 35 xalla beşincidir
Qeyd edək ki, turun əvvəlki matçlarında
"Araz-Naxçıvan" "Şamaxı" ilə (1:1), "Kəpəz" isə
"Qarabağ"la (0:0) heç-heçəyə razılaşıb.
tag: Zirə, Arena, Sabah, Futbol, todaypress.az,