“Sabah” Yunanıstanda “Marussi” klubu ilə qarşılaşacaq
İdman
06.11.2024 10:40
“Sabah” klubu FIBA Avropa Kubokunda bu gün növbəti matçına çıxacaq.
TodayPress xəbər verir ki, paytaxt təmsilçisi G qrupunda səfərdə Yunanıstanın “Marussi” basketbol klubu ilə qarşılaşacaq.
Xatırladaq ki, “Sabah” evdə “Marussi”yə 70:82 hesabı ilə məğlub olub.
Azərbaycan çempionu həmçinin qrupda keçirdiyi digər oyunlarda Belçikanın “Spiru” klubuna evdə 68:78, səfərdə 81:82, İsveç təmsilçisi “Norrçepinq Dolfins”ə isə 70:74 hesabı ilə uduzub.
Namiq HUN
tag: FIBA, Sabah, Avropa, Marussi, todaypress.az,