"Sabah" və "Zirə"nin potensial rəqibləri bilindi

İdman

05.08.2024 17:00

UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

TodayPress xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan mərasimdə Azərbaycan təmsilçilərinin cütlərinin potensial rəqibləri də müəyyənləşib.

"Zirə" - "Osiyek" (Xorvatiya) cütünün qalibi “Omoniya” (Kipr) – “Fehervar” (Macarıstan) cütünün qalibi ilə qarşılaşacaq.

"Sabah" - "Sent-Patriks Atletik" (İrlandiya) cütünün qalibi isə “Saburtalo” (Gürcüstan) – “Başakşəhər” (Türkiyə) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, "Zirə" və "Sabah" 3-cü təsnifat mərhələsindəki ilk oyunlarını avqustun 8-də səfərdə, cavab görüşlərini isə bir həftə sonra evdə keçirəcəklər. 

Namiq HUN

tag: UEFA, Konfrans, İrlandiya, Zirə, Sabah, Azərbaycan, İsveçrə, todaypress.az,