"Sabah" və "Zirə" klubları Konfrans Liqasında növbəti matçlarına çıxacaq

İdman

08.08.2024 10:49

Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edən "Zirə" və "Sabah" klubları bu gün III təsnifat mərhələsində ilk matçlarına çıxacaq.

TodayPress xəbər verir ki, "Zirə" Xorvatiyanın "Osiyek" klubunun qonağı olacaq.

Oyunu yunanıstanlı referi Aristotelis Diamantopoulos idarə edəcək.

"Opus Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

"Sabah" isə İrlandiyada "Sent Patriks Atletik"lə qarşılaşacaq. 

Oyunu islandiyalı hakim Vilhyalmur Torarinsson idarə edəcək. 

Dublindəki "Tallaqt" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-da başlayacaq.

Namiq HUN

tag: Sabah, Zirə, Sent Patriks, İslandiya, Vilhyalmur Torarinsson, todaypress.az,