"Sabah" Vasili Berezutskidən nə istəyir?

İdman

26.11.2024 18:57

Azərbaycan Premyer Liqasında çıxış edən "Sabah" klubunun yeni baş məşqçi Vasili Berezutskinin qarşısına qoyduğu hədəflər açıqlanıb.

TodayPress xəbər verir ki, Vasili Berezutski paytaxt təmsilçisinə baş məşqçi təyin olunduqdan sonra qarşısına qoyulan hədəflərin birinci mərhələsi indiki uğursuz seriyanı aradan qaldırmaq və komandada inamı bərpa etməkdir. 

Bundan əlavə, klubun mövsüm üçün hədəfləri və gələcək üçün strategiyası da ətraflı müzakirə olunaraq razılaşdırılıb. 

“Sabah” hazırda 14 turdan sonra 19 xalla Premyer Liqanın 5-ci pilləsində qərarlaşıb.

Paytaxt klubu ardıcıl yeddi çempionat oyunudur ki, qələbə qazana bilmir.

Namiq HUN

tag: Sabah, Vasili Berezutski, Klub, Liqa, todaypress.az,