“Sabah” Trevon Duvalla müqavilə imzaladı
İdman
31.08.2024 13:18
Azərbaycanı FIBA Çempionlar Liqasında təmsil edəcək "Sabah" klubu heyətini daha bir təcrübəli basketbolçu ilə gücləndirib.
TodayPress xəbər verir ki, Bakı təmsilçisi amerikalı Trevon Duvalla 1 illik müqavilə imzalayıb.
26 yaşlı oyun qurucusu 2018/2019 mövsümündə "Miluoki" klubunun heyətində NBA-də debüt edib. Trevon Duval son mövsümü Türkiyə Super Liqasının "Manisa BB" klubunda keçirib.
Namiq HUN
tag: Azərbaycan, Bakı, Trevon Duval, NBA, Miluoki, Türkiyə ,Manisa BB, todaypress.az,