"Sabah" sonuncu oyunda məğlub oldu

İdman

10.09.2024 17:35

Azərbaycan tarixində ilk dəfə basketbol üzrə Çempionlar Liqasında təmsil olunacaq.

TodayPress xəbər verir ki, bu məqsədlə Litvada təlim-məşq toplanışında olan "Sabah" basketbol komandası sonuncu yoxlama oyununu keçirib.

Azərbaycan təmsilçisi Vilnüsdə son Litva çempionu "Ritas"la qarşılaşıb. Görüş rəqibin 87:84 hesablı qələbəsi ilə başa çatıb.

“Sabah” daha əvvəl Litvanın "Yonava" (68:97) və "Jalgiris" (62:94) klublarına uduzub. Paytaxt klubu növbəti üç oyunda isə Almaniya təmsilçisi "Rostock Seawolves"ə (72:71), Litvanın "Majeykyay" (76:57) və "Neptunas" (82:71) komandalarına qalib gəlib.

Qeyd edək ki, kişi basketbolçular arasında Çempionlar Liqasının təsnifat mərhələsinin görüşləri Türkiyənin Antalya şəhərində keçiriləcək. “Sabah” 1-ci qrupda mübarizəyə 1/4 finaldan başlayacaq. İsveç “Norçepinq”i ilə görüş sentyabrın 17-də keçiriləcək. 

Cütün qalibi sentyabrın 19-da baş tutacaq yarımfinalda “Friburq” (İsveçrə) görüşəcək. Sentyabrın 21-də keçiriləcək final matçında qələbə qazanacaq komanda əsas mərhələyə adlayacaq. 

Namiq HUN

tag: Sabah, Yonava ,Jalgiris ,Çempioanlar ,Neptunas ,todaypress.az,