“Sabah” son ev sınağında uduzdu

İdman

31.10.2024 09:40

“Sabah” basketbol klubu FIBA Avropa kubokunda növbəti matçına çıxıb. 

TodayPress xəbər verir ki, Azərbaycan çempionu turnirin IV turu çərçivəsində Belçikanın “Spirou” klubunu qəbul edib. 

İlk üç turda uduzan Rimas Kurtinaytisin yetirmələri II dövrəyə fərqli notda başlamağı planlaşdırsalar da, istəklərinə nail ola bilməyiblər.

Bakı klubu G qrupunda keçirdiyi son ev sınağında da uğursuzluğa düçar olub. 

Fasiləyə üstün yollanan “Sabah” 3-cü periodda üstünlüyü əldən verib 68:78 (24:22, 17:16, 14:18, 13:22). 

 Namiq HUN

tag: Sabah,Klub,Tur,Çempion,Qrup,Todaypress.az,