Sabah Şəriəti karyerasını bitirdi
İdman
07.08.2024 11:24
Yunan-Roma güləşi üzrə yığma komandanın üzvü Sabah Şəriəti karyerasını başa vurub.
TodayPress Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinin məlumatına əsasən xəbər verir ki, 35 yaşlı pəhləvan Paris Olimpiadasından sonra güləşlə vidalaşıb.
Sabah Şəriəti XXXIII Yay Olimpiya Oyunlarında beşinci yeri tutub.
Qeyd edək ki, təcrübəli güləşçi 2016-cı ildə Rio-de-Janeyro Olimpiadasının bürünc mükafatçısı olub. O, 2023-cü ildə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.
Namiq HUN
tag: Sabah Şəriəti,Yay Olimpiya Oyunları,Xorvatiya, Zaqreb, Avropa, todaypress.az,